Şuşa yolunda canını fəda edən gəncimiz - VİDEO

Şuşa yolunda canını fəda edən gəncimiz - VİDEO
Video
Siyasət 146

Azərbaycanın 44 günlük Vətən Müharibəsində iştirak edənlərdən biri də Rzaxanov Nihat Natiq oğludur. 2001-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır.

Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün doqquz il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədiyə hərbi hissəyə yollanır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Nihat 44 günlük Vətən Müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq yazılır və qəhrəmancasına vuruşur.

Şəhidin anası İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək “Ana, mən getdim” deyir və sağollaşır.

Bir ay müddətdən artıq xidmət edən Nihat noyabr ayının 6-sı, səhər saat 11:00 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və bu zaman başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan Şəhid Nihatın anasının indi yalnız bir arzusu var - yaşadıqları ərazidəki küçəyə oğlu Şəhid Rzaxanov Nihat Natiq oğlunun adı verilsin.

Qeyd edək ki, evin, demək olar ki, tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraitsiz evdə yaşayır.

Son xəbərlər