"Şeremetyevo"da yanan təyyarənin qara qutusu açıldı
07
may
2019
21:43
Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.Rusiya mətbuatının hadisənin təhqiqat qrupuna yaxın mənbələrə əsasən yayığı xəbərə görə, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb. Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib. Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.
Oxşar xəbərlər
Son anadək sərnişinləri xilas etdi, özü öldü - VİDEO
Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə s...