Şəhidlərin qanı yerdə qalmadı: Əli türk qanına batan "Botan" məhv edildi - VİDEO
17
sen
2019
09:41
Türkiyə Jandarma Qüvvələrinin iki zabitinin qatili olan "Botan" kod adlı PKK terrorçusu zərərsizləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyətə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Tunceli vilayətinə təşkil edilən əməliyyatda İbrahim Tatlı adlı şəxs zərərsizləşdirilib. Qeyd edək ki, "Botan" kod adlı terrorçu 11 iyun 2019-cu il tarixində Tunceli kəndində Jandarma Qüvvələrinin Ökkeş Ede və Əmrə Üçkan adlı zabitlərinin ölümünə səbəb olan silahlı hücumu təşkil etmişdi.Silhalı hücumun digər təşkilatçısı "Zınar" kod adlı Hayrettin Akdoğan isə 27 avqust tarixində Tunceli vilayət Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilmişdi.
Oxşar xəbərlər
Türkiyə İraqın şimalında 600-dən çox PKK terrorçusu öldürüb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədə...