Şəhid Taleh Zamanov döyüşlərdə böyük şücaət göstərib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində iştirak edən atasının döyüş xatirələri ilə böyüyən Taleh Zamanov ikinci Qarabağ müharibəsinin qəhrəmanına çevrildi.
Taleh atasının getdiyi yol ilə addımlayırdı. Bu qəhrəmanlıq yolunun sonu isə onu ən uca məqama - şəhidlik zirvəsinə yüksəltdi.
Döyüşlərə Salyanın Qaraçala kəndindən qatılan igidimiz anası ilə sonuncu dəfə sentyabrın 30-u danışıb. Hər şeyin yaxşı olduğunu, heç bir problem olmadığını bildirib.
Müharibənin ilk günündən döyüşlərə qatılan Taleh Talış kəndinin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. Növbəti döyüşlərin birində isə ağır yaralanaraq şəhadətə yüksəlib.
Adını Vətən müharibəsi səhifələrinə qızıl hərflərlə yazdırmağı bacaran igidimiz indi təkcə Qaraçala kəndinin yox, bütün el-obanın qəhrəman oğludur.
Ölümündən sonra Taleh Zamanov döyüşlərdə göstərdiyi igidliyə görə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:
Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Erməni...