İŞİD liderinin “sağ əli” İstanbulda yaxalandı
Yeniliklərdən dərhal xəbərdar olun
İki il əvvəl Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi əsas adamlarından biri, kod adı “Basim” olan Əfqanıstan əsilli terrorçu İstanbulda ələ keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Agentliyi və İstanbul terrorla mübarizə polisinin birgə əməliyyatı nəticəsində saxlanılan bu şəxs, eyni zamanda, terror təşkilatının hərbi qruplaşmasının rəhbəri hesab edilir.
2014-cü ildən başlayaraq bir çox terror hadisələrinin törədilməsində təqsirli bilinən, Suriyadan Türkiyə ərazisinə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib.
Oxşar xəbərlər
İŞİD-in yeni lideri saxlanıldı
İŞİD terror təşkilatının qurucu lideri Əbubəkr Bağdadinin öldürülməsindən sonra təşkilatın başına keçən Əbdülnasir Kardaşa qarşı əməliyyat keçirilib. BAKU.WS “H...