“Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv etdi
08
iyn
2022
19:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Parisin “Şarl de Qoll” hava limanı işçi heyətinin tətili səbəbindən iyunun 9-u saat 07-dən 14-dək olan uçuşların təxminən dördə birini ləğv edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Tətilçilər əmək haqlarının artırılmasını tələb edirlər. Hava limanı əməkdaşlarının daxil olduğu 7 Həmkarlar İttifaqı əmək haqlarının təxminən aylıq 300 avro artırılmasını tələb edir.
Tətil səbəbindən “Air France” aviaşirkəti yaxın və orta məsafəli 85 reysini ləğv edib.
Oxşar xəbərlər
Moldovanın sərnişin təyyarəsi Türkiyədə saxlanıldı
Türkiyənin Antalya hava limanında Moldovaya məxsus sərnişin təyyarəsi “Air Moldova” aviaşirkətinin borclarına görə saxlanılıb. BAKU.WS “Report”a istinadən xəbər...