Şakiradan zəlzələ qurbanlarına dəstək - FOTO

11
fev
2023
16:16
Dünyaca məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün müraciət ünvanlayıb.
BAKU.WS xəbər verir ki, müğənni 82 milyon izləyicisi olan sosial şəbəkə hesabından paylaşım edib.
Xeyriyyə kampaniyasına başlayan dünya şöhrətli müğənni zəlzələ qurbanları üçün çağırış edib.
O, izləyicilərindən UNICEF-ə ianə vermələrini xahiş edərək zəlzələdə həlak olanlara üzüldüyünü bildirib.
Şakiranın paylaşımında "Turkey" əvəzinə "Türkiyə" yazması da diqqətlərdən qaçmayıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Qeyd edək ki, fevralın 6-...
