Şahzadə Harri 26 il əvvəl anasının ölümünə səbəb olan eyni qəzanı keçirdi - FOTO/VİDEO

Şahzadə Harri 26 il əvvəl anasının ölümünə səbəb olan eyni qəzanı keçirdi - FOTO/VİDEO
Video
Siyasət 446

Böyük Britaniya şahzadəsi Harri ilə xanımı, Sasseks hersoqinyası Meqan Marklın başına iş gəlib.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, cütlük ABŞ-nin Nyu-York şəhərindəki tədbirlərdən birindən çıxarkən avto qəza keçirmək təhlükəsi ilə üzləşib.

Bu barədə onların meneceri məlumat yayıb. Menecer bildirib ki, ötən gün şahzadə Harri ilə xanımı paparazzilərdən qaçmaq istəyərkən az qala həyatlarından olacaqdılar.

Belə ki, cütlük tədbirdən çıxarkən 10 ədəd qara şüşəli avtomobil onları izləyib. Həmin avtomobillər yolda təhlükəli manevrlər edərək Meqanla Harrinin və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıblar.

Daha sonra hadisəyə yoldakı digər sürücülər və Nyu-York Polis şöbəsi qarışıb. Bu zaman kiçik qarşıdurmalar da yaşanıb.

Cütlüyün meneceri bildirib ki, Harri ilə Meqan tanınmış olması və xalq tərəfindən sevilməsi onların həyatı bahasına başa gəlməməlidir.

Harrinin başına gələn hadisəni eynilə mərhum anası Şahzadə Diana da yaşayıb. O, 1997-ci ildə Fransanın paytaxtı Parisdə paparazzilərdən qaçarkən avto qəzada həyatını itirib.

Harri dəfələrlə müsahibələrində mətbuatın ona və ailəsinə hədsiz marağından şikayətlənib. Bu hədsiz marağın səbəbi isə Meqanla Harrinin 2020-ci ildə krallıqdan ayrılaraq Kaliforniyaya köçüb, orada müstəqil həyat yaşamağa başlaması olub.

Son xəbərlər