Şahin Mustafayev: "İranın ən böyük ortağımız olması bizim üçün çox mühümdür"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib və bu ölkənin neft naziri Bijan Namdar Zangane ilə görüşüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, səfərdə Şahin Mustafayevi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və işçi heyəti də müşayiət edib.
"Əlaqələrimiz son illərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə inkişaf edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və İran arasında əlaqələrin inkişafı və İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür", - Ş. Mustafayev bildirib.
Baş nazirin müavini iki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edib: “Bu sahələrdən biri neft və qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır. Bundan başqa uzunmüddətli ortaq qaz əməkdaşlığımız var və 2004-cü ildən bəri Naxçıvanın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk.
İran-Azərbaycan münasibətləri son illərdə bütün sahələrdə inkişaf edir və Xəzər dənizindəki ortaq sahələrin inkişaf etdirilməsində neft, təbii qaz və enerji sektorunda zirvəyə çıxdı”.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...