Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib
03
mar
2024
13:15
Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Bu barədə “PTV News” yazıb.
Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib.
Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.//report
Oxşar xəbərlər
Türkiyə xalqının seçimi - Kılıçdaroğlu 11-ci dəfə Ərdoğana uduzdu
Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub. Rəcəb Tayyib Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb. Beləliklə, Rəc...