İsgəndər Həmidov siyasətdən GETDİ

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib.
O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:
“Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var. Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.
Oxşar xəbərlər
Xalq Hərəkatının iclasında qalmaqal: İsgəndər Həmidov Tural Abbaslını vurmaq istəyib - VİDEO
Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclası qalmaqallı keçib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, iclasda sabiq daxili işlər naziri İsgə...
