“Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı

“Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı
Siyasət 2433
Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.BAKU.WS modern.az-a istinadla xəbər verir ki, Emin Milli bu dəfə ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanova çağırış ünvanlayıb. O, sosial şəbəkədə yazıb: “Əli İnsanov etiraf etməlidir, üzr istəməlidir və siyasətdən getməlidir”.Bundan öncə YAP rəhbərliyi Əli İnsanovu Heydər Əliyevin məzarını ziyarət etməyə və üzr istəməyə çağırmışdı.Emin Milliyə gəlincə, onun 16 mart tarixli əfv sərəncamından sonra prezident İlham Əliyevə təbrik ünvanlaması səs-küy yaratmışdı.BAKU.WS

Son xəbərlər