Səudiyyə Ərəbistanında güclü partlayış baş verib - VİDEO

Səudiyyə Ərəbistanında güclü partlayış baş verib - VİDEO
Video
Siyasət 385

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində güclü partlayış baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Partlayışın hava limanı yaxınlığında baş verdiyi bildirilir.

Rəsmi olmayan məlumata görə, ər-Riyaddakı hava limanına atılan ballistik raket havada zərərsizləşdirilib.

Paytaxt aeroportundakı bütün təyyarələr digər daxili hava limanlarına yönləndirilib.

Son xəbərlər