Səudiyyə Ərəbistanında çadra ilə bağlı QADAĞA
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı hökuməti qız şagirdlərin məktəblərdə imtahan binalarına çadra ilə daxil olmalarının qadağan edildiyini açıqlayıb.
BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Təhsil və Təlimin Qiymətləndirilməsi Komissiyası qız tələbələrin imtahan otaqlarına çadra ilə daxil olmasını qadağan edən qərar imzalayıb.
Şagirdlərdən imtahan binalarına yalnız məktəbli formasında daxil olmaq və ictimai ədəb-ərkan qaydalarına riayət etmək tələb olunur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2018-ci ildə verilən qərarla niqab taxmaq məcburiyyəti ləğv edilib.
Oxşar xəbərlər
Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq"
"Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar". BAKU...