Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib - FOTO
18
sen
2019
23:14
Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.BAKU.WS-in Əl-Ərəbiyyə kanalının istinadən yaydığı məlumata əsasən, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuat konfransı zamanı “Saudi Aramco”ya hücumun İran tərəfindən dəstəkləndiyinə dair kifayət qədər sübutların olduğunu bildirib. Onun sözlərinə görə, hücum zamanı İran istehsalı olan Delta-wing tipli pilotsuz təyyarələrdən istifadə olunub.O qeyd edib ki, bu hücumla təkcə Səudiyyə Ərəbistanına deyil, dünyanın enerji təhlükəsizliyinə edilib.Türki əl-Malikinin sözlərinə görə, hücum zamanı neft təsisatların İran istehsalı olan 7 "Ya Əli" adlı qanadlı raket atılıb. Maliki raketlərin atıldığı nöqtənin tam olaraq dədiqləşdirilıməsi üçün araşdırmaların davam etdiyini bildiirb. O, neft müəssisələrinə hücumlarda istifadə olunmuş dronların qalıqlarını və raketlərin parçalarını jurnalistlərə nümayiş etdirib.Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı husi qiyamçıları hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.
Qalereya
Oxşar xəbərlər
Neft zavodlarına hücuma görə Səudiyyə Ərəbistanına nə qədər ziyan dəydi? - RƏQƏMLƏR
Sentyabrın 13-dən 14-nə keçən gecə Yəməni özünümüdafiə qüvələri (husilər) Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna 10 dronla hücumu nəticəsində S.Ərəbista...