Neft zavodlarına hücuma görə Səudiyyə Ərəbistanına nə qədər ziyan dəydi? - RƏQƏMLƏR
16
sen
2019
10:56
Sentyabrın 13-dən 14-nə keçən gecə Yəməni özünümüdafiə qüvələri (husilər) Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna 10 dronla hücumu nəticəsində S.Ərəbistanına ciddi ziyan dəyib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində “Saudi Aramco” şirkətinin neft hasilatı günlük 5,7 milyon barel azalıb. Bu isə qlobal neft istehsalının 5 faizinə bərabərdir. Mütəxəssislər bunun neft qiymətlərinə təsir edə biləcəyini deyirlər.Şirkət rəsmiləri bu günün sonuna qədər bunun 2 milyon barelini bərpa edə biləcəklərini açıqlayıb. Lakin, şirkətin tam gücündə yenidən hasilata başlamasının bir neçə həftə çəkəcəyi bildirilib.Hücumdan sonra 3 gün ərzində S.Ərəbistanına təxminən 1 milyard dollar ziyan dəyib.
Oxşar xəbərlər
Azərbaycanda neft hasilatı azalıb
Bu ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,1 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,4% artıb...