İran Britaniya gəmisini saxladı
19
iyl
2019
22:53
İran Böyük Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb.BAKU.WS xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.SEPAH yayımladığı bəyanatda bidlirir ki, Britaniya gəmisi İran dənizçilik və limanlar təşkilatının istəyi ilə SEPAH qüvvələrinin iştirakı ilə saxlanılıb və İran sahilinə gətirilib. Gəminin saxlanılmasına dair qanuni prosedur tamamlandıqdan sonra gəmi İran gəmiçilik və limanlar təşkilatına təhvil verilib.Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham edib. Ötən həftə İranın Ali dini rəhbəri Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.
Oxşar xəbərlər
ABŞ İran-a məxsus PUA-nı vurub
ABŞ İran-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.Onun sözlərinə görə, ABŞ Hərbi Dən...