Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub

02
yan
2024
20:20
Səudiyyə Ərəbistanı Krallığı rəsmi olaraq BRİKS-ə qoşularaq təşkilatın tamhüquqlu üzvü olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Ekhbariya” dövlət telekanalı məlumat yayıb.
“Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir”, – telekanalın açıqlamasında deyilir.
Avqust ayında qrup planetin ən böyük enerji istehsalçılarını inkişaf etməkdə olan ölkələrin ən böyük istehlakçıları ilə əlaqələndirərək altı ölkəni qoşulmağa dəvət edib.
Oxşar xəbərlər
BMT BRIKS sammitində iştirak edəcək
BMT BRIKS sammitində iştirak edəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibinin mətbuat katibinin müavini Fərhan Haq brifinqdə deyib. "...