BMT BRIKS sammitində iştirak edəcək

16
avq
2023
21:47
BMT BRIKS sammitində iştirak edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibinin mətbuat katibinin müavini Fərhan Haq brifinqdə deyib.
"Bəli. BMT Cənubi Afrikada keçiriləcək BRIKS sammitində iştirak edəcək. Ümid edirik ki, təfərrüatları bəlkə gələn həftənin əvvəlində sizə bildirəcəyik", - deyə Haq bildirib.
BRIKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.
Sammit avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək.
Oxşar xəbərlər
Makron BRİKS sammitinə dəvət olunmadı
Qarşıdan gələn BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) sammitində iştirak etmək istəyən Fransa Prezidenti Emmanuel Makron tədbirə dəvət edilməy...
