Səmərqəddəki görüşdən tarixi foto

Səmərqəddəki görüşdən tarixi foto
Siyasət 676

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfər edib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev Səmərqənddə bir neçə ölkənin başçısı ilə rəsmi görüşlər keçirib.

Bundan əlavə, dünən Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak edən liderlərin qeyri-formal görüşü baş tutub. Görüşlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın instagram səhifəsində şəkil də paylaşılıb.

Şəkildə Türkiyə Prezidentinin başda əyləşməsi, yanında isə Azərbaycan Prezidenti İlham Əliyevin yer alması öz əksini tapıb. Bundan əlavə, şəkildə Rusiya, Belarus, Tacikistan və digər ölkə liderlərinin də olduğu görünür. Mövcud mənzərə onu deməyə əsas verir ki, Azərbaycan hazırkı gücü və qüdrəti ilə dünyada öz sözünü demiş ölkə kimi lider dövlətlər tərəfindən də tanınır və masada söz haqqına malikdir.

Səmərqəddəki görüşdən tarixi foto

Son xəbərlər