Seldən 6 mindən çox adamın öldüyü Liviya baş naziri açıqladı: "Dərslər dayandırılır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Liviyada baş verən sel fəlakəti səbəbindən ibtidai və orta təhsil müəssisələrində təhsil 10 gün müddətinə dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid ed-Dibeybe ölkəsində baş verən sel fəlakəti ilə bağlı feysbukda verdiyi açıqlamada bildirib.
O, həmçinin qeyd edib ki, bu bölgələrdəki tələbələrin təhsilə qayıtması üçün Təhsil Nazirliyinə plan hazırlamağı tapşırıb.
Sözügedən ərazilərdə təhsil üçün müvəqqəti mərkəzlər yaradılacaq.
Xatırladaq ki, baş nazir daha əvvəl sel səbəbiylə evlərini tərk edənləri yerləşdirmək üçün 700 yatağa malik gəminin Dərnə sahilinə yönəldildiyini söyləmişdi.
Qeyd edək ki, sentyabrın 10-da Liviyanın şərqini vuran "Daniel" tufanı Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
Oxşar xəbərlər
İtaliya Liviyaya yardım üçün mülki müdafiə qüvvələrini səfərbər edəcək
İtaliya şiddətli daşqınlara məruz qalmış Liviyaya yardım üçün mülki müdafiə qüvvələrini səfərbər edəcək. Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. İtaliy...