İtaliya Liviyaya yardım üçün mülki müdafiə qüvvələrini səfərbər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya şiddətli daşqınlara məruz qalmış Liviyaya yardım üçün mülki müdafiə qüvvələrini səfərbər edəcək.
Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu nəticəsində çoxsaylı insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, təbii fəlakət qurbanlarının ailələri və yaxınlarına başsağlığı verib, həmrəyliyini ifadə edib.
Onun sözlərinə görə, İtaliya fövqəladə vəziyyətin təsirlərinin mümkün olan ən yaxşı şəkildə aradan qaldırılmasında Liviya xalqına yardım etmək üçün mülki müdafiə qüvvələrini aktivləşdirib.
Qeyd edək ki, Liviyada daşqınlar nəticəsində həlak olanların sayı 3 min nəfəri ötüb, minlərlə insan isə itkin düşüb.
Oxşar xəbərlər
Liviyada sel fəlakəti - Ölənlərin sayı artdı - FOTO - YENİLƏNİB
Liviyanın Derne şəhərində leysan yağışlar nəticəsində ölğnlərin sayı artıb. BAKU.WS xəbər verir ki dəhşətli daşqınlarda 3 mindən çox insan həyatını itirib, 10 m...