İtaliyanın Baş naziri Ukraynanın müqavimətinə tam və daimi dəstəyini təkrarlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın müqavimətinə tam və daimi dəstəyimi bir daha təkrar edirəm.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
Baş nazir qeyd edib ki, İtaliya kasetli sursatların istehsalı, ötürülməsi və saxlanmasını qadağan edən Beynəlxalq Konvensiyaya riayət edir. Şimali Atlantika Alyansının ifadə etdiyi dəyərlər çərçivəsində İtaliya Konvensiyanın prinsiplərinin universal tətbiqinə inanır.
“İtaliyanın Rusiyanın işğalçılıq müharibəsini pislədiyini, Ukraynanın müqavimətinə tam və daimi dəstəyimi, müttəfiqlərimizlə birgə Avropa üçün yeni və daha güclü təhlükəsizlik modeli qurmaq öhdəliyinə sadiqliyimi bir daha təkrarlayıram”, - deyə Ciorcia Meloni vurğulayıb.
Oxşar xəbərlər
İtaliyanın yeni baş naziri təyin edildi
İtaliya Prezidenti Sercio Mattarella parlament seçkilərində qalib gələn “İtaliya qardaşları” partiyasının lideri Corciya Meloniyə İtaliya hökumətini qurmaq mand...