Selçuk Bayraktar: "Technofest"in digər Avropa ölkələrində keçirilməsini istərdik"
"Technofest" Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı zamanı gəlincə Avropa dövlətlərində də keçiriləcək.
Bunu "Report"un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında "Technofest"in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
"Technofest"in digər Avropa ölkələrində keçirilməsini istərdik. Biz Avropada, o cümlədən Almaniyada yaşayan qardaşlarımız üçün "Technofest"in təşkil olunmasını istəyirik. Dost və qardaş ölkələrdə bu festivalı keçiririk. Zamanı gəlincə "Technofest" Avropa dövlətlərində də keçiriləcək", - o vurğulayıb.
Qeyd edək ki, Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci "Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.
Oxşar xəbərlər
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə görüşüb...