Səfir: Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb.
"Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər", - paylaşımda bildirilib.
Səfir 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib: "35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır".
Oxşar xəbərlər
"Məkkə Sazişi"nin gizli iqtisadi ölçüsü: Türkiyə hərbi gücünü iqtisadi kapitala çevirə biləcək?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Avropadakı istilər Azərbaycana necə təsir edəcək? Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan: Stra...