Əsəd Afrinə ordu yeridərsə, Suriya parçalanacaq
19
fev
2018
23:02
Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda "Zeytun budağı" əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.Bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib."Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib
Türkiyə Ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1595 terrorçunu zərərsizləşdirib.Bu barədə Türkiyə Silahlı Qüvvələrinin...