Şahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"
"Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Şahin Mustafayev bildirib.
"Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bu müddətdə fasiləsiz fəaliyyət göstərərək bütün öhdəliklərini yerinə yetirdi və Azərbaycanın etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu gün artıq aydın görünür ki, mövcud reallıqlar fonunda bu marşrutların rəqabət qabiliyyəti daha da artıb və gələcəkdə regionun əsas nəqliyyat-logistika istiqamətlərindən birinə çevrilməsi üçün ciddi zəmin formalaşıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
"Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da "bərpa" işlərinə başlanılıb". BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorun...