Sahibə Qafarova gürcüstanlı həmkarına başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilir: “Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...