Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
"Heydər Əliyevin prezident kimi ilk rəsmi səfərini Fransaya etməsi inqilabi addım idi".
BAKU.WS xəbər verir ki, bunu İTV-nin efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın ilk baş naziri Həsən Həsənov deyib.
O UNESCO-ya dəvət olunmasından danışıb:
"Azərbaycanın UNESCO-ya üzv olunması üçün mən rəsmi iştirak etməli idim. Heydər Əliyevə dedim, cavab verdi ki, səfirlə məsləhətləş, gör, sənin getməyinin xeyri nə olacaq? Səfir dedi ki, siz nazir olaraq getsəniz, Fransanın o zamankı prezidenti Fransua Mitteran sizi qəbul edər. Həqiqətən də Mitteran məni qəbul etdi və Heydər Əliyevi qiyabi çox yaxşı tanıdığını dedi. Ondan nə istədiyimizi soruşanda, Heydər Əliyevin onu Azərbaycana dəvət etdiyini dedim. Gələ bilməyəcəyini desə də, özü Heydər Əliyevi dəvət edə biləcəyini bildirdi. Yəni mənə lazım olan cümləni belə səsləndirdi. Məktub yazıldı, imzalandı və mənə şəxsən özü təhvil verdi. Bakıya qayıdanda bu görüşün bəyanatını verəndə, sanki ermənilərin başına dağ yağdı. Çünki onlar Heydər Əliyevin heç kimlə kontakt qurmasını istəmirdilər. Əksinə, onların bel bağladığı əsas ölkə Fransa özü bu yolu açdı".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stan...