Rusiyanın vergi orqanları Hüseyn Həsənovun şirkətini bağlayıb
Rusiyanın Federal Vergi Xidməti (FTS) Azərbaycanəsilli bloger Hüseyn Həsənovun suşi çatdırılması ilə məşğul olan "Banda Foods" şirkətini bağlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mash xəbər verir.
Nəşrin yazdığına görə, Həsənovun şirkətinin bağlanmasına səbəb vergi bəyannaməsinin olmaması, həmçinin bloqqerin Federal Vergi Xidmətinə borcu olub. Qida çatdırılması biznesi 2023-cü ilin yazında fəaliyyətə başlayıb.
Xatırladaq ki, bundan əvvəl Federal Vergi Xidməti ödənilməmiş borcuna görə Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlamışdı. Xüsusilə, bloger iki avtomobilini itirə bilər: "2020 Rolls-Royce Cullinan" və "2022 Chevrolet Tahoe".
Oxşar xəbərlər
Hesablarına blok qoyulan Həbib Nurməhəmmədov həbs oluna bilər? - YENİLƏNİB
Rusiyada bütün hesabları bloklanan Həbib Nurməhəmmədova qarşı cinayət işi açıla bilər. BAKU.WS xəbər verir ki, bunu "Nevs.ru"ya müsahibəsində vəkil Sergey Jorin...