Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur

Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
Foto
Siyasət 113

İranda yaranmış böhranlı vəziyyət səbəbindən bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə gün ərzində təxliyə olunan Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası vətəndaşlarından sonra bu dəqiqələrdə Portuqaliya, Filippin, Finlandiya və digər ölkələrdən olan şəxslər də Astara dövlət sərhədindən buraxılış məntəqəsini keçib.

Qeyd edək ki, gömrük prosedurlarından sonra avtobuslarla H. Əliyev hava limanına yola salınır.

***21:22

Rusiya Federasiyasının İran İslam Respublikası ərazisində neft sektorunda çalışan əməkdaşları və onların ailə üzvlərindən ibarət böyük qrupu "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, burada onların rahatlığı və səhhətində hər hansı problemi müşahidə olanlar üçün tibb heyəti hazır vəziyyətdə gözləyir.

Qeyd edək ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti İrandan Azərbaycana təxliyə olunub.

Son xəbərlər