Rusiyalı məşhur radio aparıcısı Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın məşhur radio aparıcısı Mixail Labkovski dünən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Azərbaycanın məşhur opera və estrada müğənnisi Müslüm Maqomayevin məzarı üzərinə gül dəstələri qoyub.
M.Labkovski ilə birlikdə jurnalist Həmid Həmidov və aparıcının Azərbaycandakı konsertinin təşkilatçıları da Fəxri xiyabana gəliblər.
Rusiyalı psixoloq, yazıçı, hüquqşünas, televiziya və radio aparıcısı Mixail Labkovski bu gün axşam Heydər Əliyev Sarayında çıxış edəcək. Çıxış "Məhəbbət və xoşbəxtlik haqqında böyük söhbət" layihəsi çərçivəsində "konsultasiya" formatında baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub
Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla b...