Rusiyadan dollarla bağlı MÜHÜM AÇIQLAMA

28
avq
2018
11:41
Rusiya hökuməti beynəlxalq ticarət zamanı dollardan imtina yollarını axtarır.BAKU.WS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 1” kanalına verdiyi açıqlamada bildirib. Rusiya rəsmisi etiraf edib ki, ABŞ dolları olmadan yaşamaq mümkün deyil.“Çox təəssüflər olsun ki, hazırda beynəlxalq ticarət zamanı dollardan istifadə edirik. Dollardan imtina edə bilmirik. Bir həqiqət var ki, ABŞ maliyə baxımından dünyaya hegemonluq edir”, - deyə Sergey Ryabkov bildirib.Onun sözlərinə görə, hazırda Rusiya beynəlxalq ödəmələrdə və ticarət zamanı ABŞ banklarından imtina etməyin yolları barədə düşünürlər.“Qlobal pul vahidi yaratmaq, beynəlxalq ticarət zamanı həmin valyutadan istifadə etmək lazımdır. Bununla da, Amerikanın cəngindən qurtarmaq və dollardan asılılığı ardan qaldırmaq olar”.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
5 ölkə dollara alternativ valyuta yaratmağa hazırlaşır
Rusiya parlamentinin Aşağı Palatası olan Duma-nın Maliyyə Bazarı Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsinin ye...
