Rusiyada təyyarə qəzaya uğradı: 3 hərbçi öldü

Rusiyada təyyarə qəzaya uğradı: 3 hərbçi öldü
Siyasət 147

Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarədə baş vermiş qəza nəticəsində 3 hərbçi həlak olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb.

Hadisə uçuşa hazırlıq zamanı baş verib.

“Tu-22M3” raketdaşıyan bombardmançı təyyarədir. Rusiya Hava-Kosmik Qüvvələrində 69 belə təyyarə istismar olunur.

Son xəbərlər