Rusiyada miqrantların işə qəbulu ilə bağlı VACİB YENİLİK

Rusiyada miqrantların işə qəbulu üzrə federal layihə təqdim oluna bilər.
BAKU.WS xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Materialda bildirilir ki, Rusiya hakimiyyəti iyulun sonunda hökumətin strateji iclasında miqrantların mütəşəkkil işə götürülməsinin inkişafı yolu ilə əcnəbi işçilərin “işə götürülməsinə nəzarətin artırılmasını” nəzərdə tutan “Keyfiyyətli əmək miqrasiyası” federal layihəsini müzakirə edəcək.
Bu məqsədlə Rusiya şirkətləri üçün kadr mərkəzi rolunu oynayacaq mütəşəkkil işə götürmə operatorunun - PPK "Rusiyada işləmək"in yaradılmasının müzakirəsi planlaşdırılır.
Bundan başqa, Rusiyadan kənarda tibbi müayinə, barmaq izinin götürülməsi və rus dili biliyinin yoxlanılması, habelə əcnəbi işçinin işəgötürənlə əlaqələndirilməsi və onların gəldiyi ölkələrin coğrafiyasının genişləndirilməsi təklif edilir.
Rusiyanın Əmək Nazirliyindən RBC-yə bildirilib ki, “Kadrlar” strukturu hələ təsdiqlənməyib, gələcək milli layihənin məzmunu işlənir.
Oxşar xəbərlər
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
“Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna yeni əlavələr edilməsi təklif edilir. “Report” Rusiya Dövlət Dumasının rəsmi saytın...
