Rusiyada jurnalisti döyən icra başçısı partiyadan qovuldu - VİDEO
29
may
2019
15:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sibir bölgəsində Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə Şira rayonunun icra başçısı Sergey Zaytsev “Rossiya-24” telekanalının müxbiri İvan Litomini döydüyü üçün hakim “Vahid Rusiya” partiyasından ixrac edilib.BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, partiya Zaytsevin hərəkətinə görə ictimaiyyətdən və kanaldan üzr istəyib.Xatırladaq ki, Zaytsev jurnalistin peşə fəaliyyətinə mane olduğu üçün haqqında cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə 6 il həbs cəzası ala bilər.Qeyd edək ki, Litomin icra başçısından 4 il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də evsiz-eşiksiz, qeyri-insani şəraitdə yaşadıqlarının səbəbini soruşub. Bu suala görə hiddətlənən Zaytsev jurnalistin yaxasından tutaraq onu yerə çırpıb.Fərid Ədalət
Oxşar xəbərlər
Sualdan qəzəblənən icra başçısı jurnalisti döydü - VIDEO
Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ondan müsahibə götürən jurnalistə hücum edib.BAKU.WS Rusiya mediasına istinad...