Rusiyada helikopter qəzaya uğrayıb - Ölən var

25
apr
2023
09:26
Rusiyanın Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilir ki, “Ansat” təcili yardım helikopteri Volqoqrad yaxınlığındakı Yerzovka kəndinə uçuş zamanı qəzaya uğrayıb.
İlkin məlumatlara görə, bir nəfər həlak olub, bu, ekipaj üzvüdür. Təyyarədə sərnişin olmayıb. Helikopter bazaya qayıdarkən qəzaya uğrayıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
