Rusiya XİN: Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq.
Zaxarova danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını söyləyib:
“İlk növbədə Ukraynadakı hazırkı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”.
Oxşar xəbərlər
Lavrov jurnalistə qarşı kobudluq edib: “Get tovuzquşu ilə danış” - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 13-də onun iştirakı ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Tacikistanın paytaxtı Düşən...