Rusiya XİN Krım körpüsündəki partlayışın terror xarakterli olduğunu açıqlayıb

08
okt
2022
13:03
Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Mariya Zaxarova bildirib.
O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini də qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləmişdi.
Oxşar xəbərlər
Krım körpüsündə fövqəladə vəziyyətlə bağlı hökumət komissiyası yaradılır – YENİLƏNİB - VİDEO
Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə bağlı komissiya yaratmağı tapşırıb. BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, bu bar...
