Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri HƏDƏLƏDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.
BAKU.WS-in TASS-a istinadla məlumatına görə, o, bu barədə "Solovyov Live" verilişinin efirində aparıcının sualını cavablandırıb.
"Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır", - XİN rəsmisi bildirib.
M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirlikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərinə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.
Oxşar xəbərlər
Rusiyadan Ukraynaya silah və hərbçi göndərən dövlətlərə XƏBƏRDARLIQ
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in söz...
