Rusiya Xarici İşlər Nazirliyi Nikol Paşinyanın yalanlarını təkzib edib
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Rusiyanın bütün öhdəlikləri aydın şəkildə ifadə olunub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Qarabağ əhalisinin və mülki infrastrukturun təhlükəsizliyində qarant rolunu öz üzərinə götürməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.
"Mənə elə gəlir ki, xəyal qurmağa çalışmaq lazım deyil. Ölkəmizin bütün öhdəlikləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında aydın şəkildə ifadə olunub. Sadəcə olaraq, bu sənədi açın və görün ki, bizim ölkəmiz hansı öhdəlikləri daşıyır və Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq, vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər", - o deyib.
Oxşar xəbərlər
Mariya Zaxarova: "ATƏT-in Minsk qrupu formatı tarixin yaddaşına köçüb"
“Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”. BAKU.WS report-a istinad...