Mariya Zaxarova: "ATƏT-in Minsk qrupu formatı tarixin yaddaşına köçüb"
“Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“ATƏT-in Minsk qrupu formatı ABŞ-li və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırmasından sonra tarixin yaddaşına köçdü. Üstəlik, onlar tərəfdən heç bir aydın izahat verilmədi. Bunu nəzərə alaraq, Bakı və İrəvana müvafiq razılaşmalar kompleksinə əsaslanan üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə başladıq. Biz vasitəçiliyin real addımlarla müşayiət olunacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”, - Rusiya XİN rəsmisi bildirib.
Oxşar xəbərlər
Zaxarova erməni jurnalisti yerinə oturtdu - VİDEO
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Verelq News”un erməni jurnalisti Hayk Xalatyanın suallarına bu gün keçirilən brifinqdə adekvat...