Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı ilə məsləhətləşmələr apaıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Qərbi Balkanlarda mövcud vəziyyət ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Kaymakçı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankinlə də görüşüb.
Görüşdə qlobal və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Rusiya ilə Türkiyə arasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı , G20 və Ümumdünya Ticarət Təşkilatı kimi çoxtərəfli formatlarda əməkdaşlıq imkanları vurğulanıb.

Oxşar xəbərlər
G20 ölkələri hansı mövzuda razılığa gəldilər? - Kommunike
Romada keçirilən "Böyük iyirmilik" (G20) sammitində yekun Kommunike qəbul edilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, G20 ölkələri iqlim dəyişikliyinin 1,5...