Rusiya Ukraynaya "Kalibr" raketləri atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın "Kalibr" qanadlı raketlərinin Qara dənizdən mümkün buraxılışları qeydə alınıb. Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.
BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalında məlumat verilib.
Nikolayev, Xerson, Dnepropetrovsk, Zaporojye, Odessa, Kirovoqrad, Çerkassı, Donetsk, Xarkov, Poltava və Sumı vilayətləri üçün raket təhlükəsi yaranıb.
"Qara dənizdən "Kalibr" qanadlı raketlərinin ehtimal olunan buraxılışları aşkar edilib. Sığınacaqlarda qalın!", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ukrayna gecə raket və dronlarla hücuma məruz qalıb - FOTO/VİDEO
Mayın 29-u gecə Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. BAKU.WS bu barədə UNIAN-a istinadən xəbər verir. Xerson, Nikolayev, Kirov...