Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya müharibə başlayandan indiyədək Ukraynanın 200-dən çox hərbi təyyarəsini məhv edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 202 təyyarə, 131 helikopter, 1205 pilotsuz uçuş aparatı, 338 zenit-raket kompleksi, 3548 tank və digər zirehli döyüş texnikası, 521 reaktiv buraxılış qurğusu raket sistemləri, 1947 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3605 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.
Oxşar xəbərlər
Rusiya MN: Ukraynanın 2600-dən çox tankı məhv edilib
Rusiya xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Ukraynanın 300-ə yaxın reaktiv yaylım atəş sistemi məhv edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu h...