Rusiya MN: Ukraynanın 2600-dən çox tankı məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Ukraynanın 300-ə yaxın reaktiv yaylım atəş sistemi məhv edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin 142 təyyarə, 111 helikopter, 614 pilotsuz uçuş aparatı, 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş texnikası, 299 reaktiv yaylım atəşi sistemi, 1146 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2431 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü bu gün keçirdiyi brifinqdə qeyd edib.
Oxşar xəbərlər
Rusiya Ukraynanın silah anbarlarını vurdu - SON İTKİLƏR
Rusiya yüksək dəqiqlikli yerüstü raketlərlə Pavloqrad rayonunda Ukrayna silahlı qüvvələri üçün partlayıcı maddələr və barıt istehsalı müəssisəsinin sexlərini mə...