Rusiya səfiri İran XİN-ə çağırıldı

Rusiya səfiri İran XİN-ə çağırıldı
Siyasət 66

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra Rusiya səfiri XİN-ə çağırılıb.

İran bəyanatın məzmununa etirazını bildirib. Görüşdə iştirak edən İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Körfəz Ölkələri İdarəsinin rəisi Əlirza Enayati Əbumusa, Böyük və Kiçik Tunb adalarının İrana əbədi mənsub olduğunu vurğulayıb.

Rusiyanı bu məsələ ilə bağlı mövqeyini düzəltməyə çağırıb.

Son xəbərlər