Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşır - CƏDVƏL - FOTO

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşır - CƏDVƏL - FOTO
Siyasət 53

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra valyuta bazarında rus rublu kəskin ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, müharibənin ilk günlərində rublun ucuzlaşması sürətlənmişdi. Lakin sonradan rus valyutası nisbətən dayanıqlılığını bir qədər saxlayıb.

Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 103,24, Avroya nisbəti isə 114,55 rubldur. Rəsmi məzənnəyə görə, 1 AZN 60,77 rubl kimi göstərilir.

Qeyd edək ki, ötən günə nisbətən bu gün rubl daha da ucuzlaşıb. Rusiya Mərkəzi Bankının ötən günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 91,74, Avroya nisbəti isə 102,91, 1 AZN 53,99 rubl idi.

Müharibə dövründə Rusiya rublunun valyuta bazarındakı dinamikasının cədvəlini təqdim edirik.

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşır - CƏDVƏL - FOTO

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşır - CƏDVƏL - FOTO

Son xəbərlər