Rusiya MSK: Putin prezident seçkilərində qalib gəlib
18
mar
2024
08:44
Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.
Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs toplayıb.
Oxşar xəbərlər
Rusiyada prezident seçkilərinin sonuncu günüdür
Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür. Yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vax...