Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq

Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq
Siyasət 129

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası gözəllik blogeri Rada Russkixi seçkilərdə namizəd kimi qeydiyyata almaqdan imtina edib.

Bu barədə TASS məlumat yayıb.

Beləliklə, LDPR lideri Leonid Slutski, Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, hazırkı dövlət başçısı, özünün namizədliyini irəli sürmüş Vladimir Putin və Yeni Xalq Partiyasının üzvü Vladislav Davankov prezident postu uğrunda mübarizə aparacaqlar.

Bundan əvvəl Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Sergey Malinkoviçi (“Rusiya kommunistləri”) və Boris Nadejdini (“Vətəndaş təşəbbüsü”) prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib.

Fevralın 10-da başa çatacaq qeydiyyat mərhələsindən yalnız Slutski, Xaritonov, Putin və Davankov uğurla keçib.

Son xəbərlər